ABŞ “Azov” döyüşçülərinin Amerika silahından istifadəsinə qoyulmuş qadağanı ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
“Hərtərəfli yoxlamadan sonra Ukraynanın 12-ci “Azov” xüsusi təyinatlı briqadası ABŞ Dövlət Departamentinin apardığı “Lihi” yoxlamasından keçib”, – məlumatda deyilib.
Qeyd edək ki, “Lihi” qanunu insan haqlarının pozulmasına yol verən xarici qüvvələrə ABŞ hərbi yardımının göstərilməsini qadağan edir.