ABŞ Azərbaycanla Ermənistanı sərhədin demarkasiyası ilə bağlı əməkdaşlığa çağırıb

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsinin həlli üçün konstruktiv əməkdaşlığa çağırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“ABŞ Ermənistanla Azərbaycan arasında intensiv döyüş əməliyyatları barədə məlumatlardan dərin narahatlığını ifadə edib. Biz tərəfləri gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz, həmçinin tərəfləri bütün məsələlərin, eləcə də sərhədin demarkasiyası məsələsinin həlli üçün birbaşa konstruktiv əməkdaşlığa çağırırıq”, – deyə bəyanatda vurğulanır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: