ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır – Cozef Bayden

Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Ermənistan arasında
diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə
hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının
Prezidenti Cozef R.Baydenin Prezident İlham Əliyevə Müstəqillik
Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

“İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana
bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və
Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə
Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və
Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin
qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün
azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan
demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü
addımlar atmağa dəvət edirik”, – deyə məktubda bildirilir.

Teqlər: