ABŞ Azərbaycanı bu siyahıdan çıxardı

ABŞ Azərbaycanı bu siyahıdan çıxardı

ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir:

“Hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib. Bu səylərə əvvəlki illərlə müqayisədə nisbətən daha çox insan alverçisinin həbs edilməsi, daha ciddi cəzaların verilməsi və şərti cəzaların sayının azaldılması daxildir.

Hökumət insan alveri qurbanlarının müdafiəsi istiqamətində görülən işləri genişləndirərək insan alveri qurbanlarına və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətində olan insan alveri qurbanları üçün sığınacağa yardımı artırıb. Eyni zamanda, insan alveri qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətə Dövlət Miqrasiya Xidmətini (DMX) cəlb etmək və insan alverinin qurbanına çevrilmiş əcnəbi vətəndaşların reviktimizasiyasının qarşısının alınması ilə əlaqədar tədbirləri əhatə etmək üçün qanunlara düzəlişlər edilib”.

Teqlər: