ABŞ Azərbaycana daha 5 minaaxtaran it verdi

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verdi

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Feysbukda paylaşım edib.

“Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!”, – paylaşımda qeyd olunub.

Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Teqlər: