ABŞ ayda cəmi 12 ədəd “M1 Abrams” tankı, yəni ildə 144 texnika istehsal edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Defense24” portalı məlumat yayıb.
Nəşrin analitikləri qeyd ediblər ki, Amerika sənayesi hazırda yeni “Abrams”lar istehsal etmir:
“Hərbi-sənaye kompleksi fabrikləri anbarlardan götürülmüş, ABŞ ordusu və ya digər ölkələr üçün müqavilələr əsasında ayrılmış nəqliyyat vasitələrini modernləşdirir”.
Vurğulanıb ki, 1979-1993-cü illər ərzində Amerika hərbi-sənaye kompleksi 8,8 min “M1 Abrams” tankı istehsal edib:
“Orta istehsal göstəricisi ildə 840 texnika və ya ayda 75 ədəd təşkil edib”.