ABŞ Prezidenti Co Baydenin Madriddə “Avropaya əlavə qoşunlar göndəriləcək” açıqlamasından sonra NATO daxilindəki Amerika qüvvələrinin Yunanıstanın Dədəağac limanına yerləşdiriləcəyi iddia olunur.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” qəzeti məlumat yayıb.
“ABŞ bu yay Dədəağac limanından Avropaya bu günə qədərki ən böyük hərbi texnikasını göndərəcək.
NATO qoşunları və texnikalarının Avropaya köçürülməsi sözügedən limanı daha da diqqət mərkəzində saxlayacaq. Bu vəziyyət daşınma üçün olsa belə, Dədəağac limanında hərbi qoşunların bir neçə dəfə artması mənasına gəlir”, – nəşr yazıb.