ABŞ Avropada təhlükəsizlik üzrə Rusiya ilə danışıqlara hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz Rusiya ilə dialoqa hazırıq. Biz son 20 ildə Rusiya ilə Avropada təhlükəsizlik ilə bağlı danışıqlar aparmışıq. Bəzi sahələrdə irəliləyiş əldə edə, digər sahələrdə isə razılaşmaya bilərik. Dialoqun mahiyyəti budur”, – deyə C.Sallivan bildirib.
Onun sözlərinə görə, strategiyamız fundamental mənada hərəkətləri müttəfiqlərlə yaxından koordinasiya, birliyi təmin etmək və sonra Rusiya ilə danışıqlar masasına oturmağa və düzgün formatda müzakirə apara biləcəyimiz fikrinə müsbət cavab verməyə hazır olmaq olacaq.
Qeyd edək ki, Moskva bu həftənin əvvəlində Vaşinqtona ikitərəfli Təhlükəsizliyin Təminatı barədə Razılaşma layihəsini təqdim edib.