ABŞ Avropada 27 ədəd beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək

ABŞ İngiltərədəki Leykenhit aviabazasında 27 ədəd beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadriliyanın komandiri podpolkovnik Ayan Maklaflin deyib.


Onun sözlərinə görə, qırıcı təyyarələrin yerləşdirilməsi prosesi qarşıdakı qış ərzində həyata keçiriləcək. Bunlar 27 ədəd F-35A qırıcı təyyarəsi olacaq.