ABŞ aviaşirkətləri Rusiyaya görə Ağ Evə müraciət etdi

ABŞ aviaşirkətləri Rusiyaya görə Ağ Evə müraciət etdi

Rusiya üzərindən uçuş imkanlarını itirmiş Amerika aviaşirkətləri Konqresə və Ağ Evə müraciət edərək, xarici rəqiblərin Rusiya hava məkanından uçuşlarını qadağan etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilir ki, uçuş vaxtına qənaət edən və yanacaq sərfiyyatını azaldan qütb marşrutlarının itirilməsinə görə ABŞ aviadaşıyıcıları Trans-Sakit okean uçuşlarının planlarını dəyişib. Həmçinin, sərnişinlərin və yüklərin sayını da azaldıb. Bu əsasən, Mumbay, Tokio, Seul və bir sıra digər şəhərlərə üzrə marşrutlara aiddir.

Hazırda Rusiya ərazisindən uçmaq imkanı olan xarici şirkətlər sərnişinləri daha sürətli və ucuz qiymətə daşıyırlar.

Teqlər: