ABŞ Asiyada blok qarşıdurmasına səbəb olmaq üçün əlindən gələni edir.
AzerTimes xəbər verir ki, bu barədə “Qlobal Tayms” nəşrində dərc olunan analizdə bildirilib.
“ABŞ Asiyada blok konfrontasiyası üçün mümkün olan hər şeyi edir və Çinlə rəqabətdə müttəfiqlərindən və region ölkələrindən istifadə edir. Ancaq bu məqsəd eqoistdir və əslində regionda sülhü pozur”, – nəşr yazıb.
Qeyd edilib ki, belə tendensiya təkcə Çinin deyil, Şimali Koreya və Rusiya kimi regionun digər ölkələrinin də etirazı ilə qarşılana bilər.