ABŞ-ın Arktikada kontinental şelfini birtərəfli qaydada genişləndirmək istəyi bütün dünya üçün narahatedici əlamətdir.
AzerTimes xəbər verir ki, bunu “Blumberq” agentliyinin şərhçisi Liam Denninq deyib.
“ABŞ-ın təxminən 380 min kvadrat mil (984 min kv.km) ərazini tək tərəfli ələ keçirməsi bütün dünya üçün narahatedici əlamətdir. Bununla Vaşinqton özünə Texas və Nyu-Meksiko ştatları böyüklüyündə bir ərazini Milad hədiyyəsi verməyə qərar verdi”, – Denninq bildirib.