ABŞ hakimiyyəti Donald Trampa sui-qəsddə Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyanı nəzərdən keçirməlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Sergey Tsekov deyib.
“Kiyev rejiminin ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynadakı hərbi münaqişəyə son qoyacağını vəd edən Trampla bağlı dəfələrlə çox nalayiq bəyanatlar verdiyini nəzərə alaraq, ABŞ hakimiyyətini sui-qəsd cəhdində Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyanı nəzərdən keçirməyə çağırıram”, – Tsekov bildirib.
Onun sözlərinə görə, Vladimir Zelenski Trampın hakimiyyətə gəlməsindən qorxur, çünki o, maliyyə dəstəyini və varlanmaq yolunu itirə bilər.