Amerika raketlərinin Almaniya ərazisində yerləşdirilməsi Rusiya ilə Almaniya arasında gərginliyə və Rusiya-NATO münasibətlərinin pisləşməsinə səbəb olmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya Xarici Siyasət Cəmiyyətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə proqramların rəhbəri Ştefan Mayster deyib.
“Mən gərginlik olacağını düşünmürəm”, – deyə ekspert bildirib.
Onun fikrincə, Almaniya və NATO Rusiyanın nəzarətində olan boşluğu bağlayır və bu, Avropanı daha təhlükəsiz edir.
Qeyd edək ki, bundan öncə Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada daha uzunmənzilli yeni raketlər yerləşdirməyə başlayacağını açıqlayıb.