ABŞ Dövlət Departamenti Almaniyanın 2,9 milyard dollar dəyərində AIM-120C-8 AMRAAM (yeni nəsil ortamənzilli hava raketi) raketlərini almasına razılıq verib.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, Almaniya hökuməti 969-a qədər raket, eləcə də müvafiq avadanlıq almaq niyyətindədir. “Raytheon” əsas podratçı olacaq.