ABŞ administrasiyası Türkiyəyə F-16 təyyarələrinin satışı ilə bağlı Konqresə müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat verib.
ABŞ-Türkiyə arasındakı ikitərəfli əlaqələrdən söz açan Rayder bildirib ki, Ankara Vaşinqtonun mühüm müttəfiqidir.
Qeyd edək ki, daha öncə “Voll Strit Jurnalı” Ağ Ev inF-16 təyyarələrinin Türkiyəyə satışı üçün Konqresdən icazə almağı hədəflədiyi barədə məlumat yaymışdı.