Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində rus istehkamlarının birinci xəttini yarıb.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
Milli bildirib ki, ruslar arasında Ukrayna Silahlı Qüvvələrinin irəliləyişlə bağlı qorxuları var:
“Ukrayna qoşunlarının Zaporojye vilayətində cənubda Rusiya müdafiəsinin birinci xəttini yardığını və strateji əhəmiyyətli Tokmak şəhəri istiqamətində trayektoriyasını genişləndirdiyini göstərən əlamətlər artır”.