ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O bildirib ki, ölkəsi silahlı qüvvələrinə və vətəndaşlarına hücumlara cavab olaraq əlavə tədbirlər görmək niyyətindədir.