ABŞ-ın “Abrams” tanklarının ilk partiyası vaxtından əvvəl Ukraynaya çatdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı məmurlara istinadla məlumat verib.
Məlumata görə, tanklar Ukraynaya vaxtından 1 ay əvvəl çatdırılıb və əks-hücum əməliyyatlarında istifadə olunacaq.
Tankların növbəti partiyasının isə yaxın aylarda göndəriləcəyi bildirilib.