Rusiya qoşunları ABŞ və müttəfiqlərinin Ukraynaya tədarük etdiyi bütün silahları məhv edəcək və Krım da daxil olmaqla ölkə ərazisinə endirilən zərbələri cavabsız qoymayacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Bu, hamıya bəlli olmalıdır: ABŞ və ya NATO Zelenski rejiminə hansı silahları versələr, biz onu məhv edəcəyik. Böyük Vətən müharibəsi illərində də belə idi, indi də belə olacaq”, – Antonov bildirib.