Meksikada ABŞ-a gələn qeyri-qanuni miqrantların sayında 2000-ci ildən bəri rekord qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, 225 min miqrant qeyri-qanuni şəkildə ABŞ sərhədini keçib. Hər gün ortalama 10 minə yaxın miqrant Meksikadan qanunsuz şəkildə ABŞ-a daxil olur.
Qeyd edilir ki, 2000-ci ildən bəri Meksikadan ABŞ-a bu sayda qeyri-qanuni miqrant axını qeydə alınmamışdı.