Yəmənin Ənsarullah hərəkatı Qırmızı dənizdə ABŞ-a məxsus maye neft qazı daşıyan “Mado” tankerinə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə hərəkatın rəsmisi Yəhya Səriya məlumat verib.
Bildirilib ki, hücum zamanı gəmi əleyhinə raketlərdən istifadə olunub.
Gəmiyə vurulan zərərlə bağlı məlumat verilməyib.