ABŞ-a cavabımız budur: Əgər axmaqdırsa… – İran

ABŞ-a cavabımız budur: Əgər axmaqdırsa… – İran

İran müharibə axtarmır, lakin onun maraqlarına zərər vurularsa, cavab vermək hüququnu özündə saxlayır.

AzerTimes xəbər verir ki, bu sözləri İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan yerli mediaya açıqlamasında deyib.

“ABŞ, İsrail və onların bütün müttəfiqlərinə mesajımız budur ki, biz müharibə axtarmırıq, lakin düşmənlərimiz axmaqdırsa və İranın maraqlarına zərər vermək istəyirlərsə, özümüzü müdafiə etməkdə əlimiz bağlı deyil”, – o bildirib.

Onun fikrincə, ABŞ İordaniyadakı hərbi bazasına hücuma sərt cavab vəd etsə də, hələlik bu məsələyə özü üçün aydınlıq gətirməyib.

Teqlər: