ABŞ-a bunu etməyə icazə verməyəcəyik – Patruşev

ABŞ-a bunu etməyə icazə verməyəcəyik – Patruşev

Rusiya ABŞ-ın qeyri-məhdud eqoizmə əsaslanan doktrinasının bütün bəşəriyyətin iztirablarına səbəb olmasına icazə verə bilməz.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“ABŞ-da milyonlarla insan müxtəlif bəhanələrlə seçkilərdə iştirak etmək hüququndan məhrum edilir, səslərin sayı siyasi vəziyyətdən asılı olaraq dəyişir və bu, demokratiya deyil, sırf uydurmadır. Bununla belə, ABŞ cəmiyyətin həyatının təşkili modeli haqqında öz anlayışını tətbiq edərək, bu cür demokratiyanı bütün dünyaya yaymaq hüququna malik olduğuna inanır. Bunun üçün istənilən, o cümlədən hərbi üsullardan istifadə edir, beynəlxalq hüququn prinsipləri, adət-ənənələri, mədəniyyəti və digər xalqların təhlükəsizliyini nəzərə almır”, – Patruşev bildirib.

Teqlər: