ABŞ Rusiya Federasiya Şurasının üzvləri və hərbçilər də daxil olmaqla, 893 nəfərə sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.
Sanksiyaya məruz qalan şəxslərin adları açıqlanmayıb.
Bildirilib ki, Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə təhlükə yaradan fəaliyyətlərdə fəal iştirak edənlər sanksiyalara məruz qalıb.
Həmçinin, Rusiyanın Krımın ilhaqına dəstək verən 31 “xarici dövlət məmuru”na qarşı da viza sanksiyaları tətbiq edilib. Onların adları da açıqlanmır.