ABŞ 2023-cü maliyyə ilində 80 plutonium başlığı istehsal edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-nin nüvə silahının hazırlanmasına və saxlanılmasına məsul olan Nüvə Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilib.
Məlumata görə, nüvə əsaslı B61-12 aviasiya bombalarının xidmət müddətinin uzadılması və “Ohio” sinifli strateji sualtı qayıqlara yerləşdirilmiş “Trident II” qitələrarası ballistik raketləri üçün W88 nüvə başlıqlarının modernizə edilməsi üzrə işlər plan üzrə gedir.