Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevə 7,9 milyard dollarlıq yeni yardım paketini açıqlayıb.
AzerTimes xəbər verir ki, o, bu barədə Teleqram kanalında bəyanat yayıb.
“Bu gün Ukraynaya 7,9 milyard dollar dəyərində əhəmiyyətli müdafiə yardımı və Rusiyaya qarşı sanksiyalar elan etdiyiniz üçün təşəkkür edirik”, – Zelenski qeyd edib.
O əlavə edib ki, Vaşinqton Kiyevi yeni “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək və F-16 qırıcı pilotlarının hazırlanması proqramını genişləndirəcək.