ABŞ 31 avqusta qədər Əfqanıstandan hərbçilərini çıxarmaq planlarını dəyişməyib

Amerikan hakimiyyəti ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrinin respublikadan təxliyəsi başa çatmamış yeni hücumlara məruz qala biləcəklərini istisna etmir.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.


O qeyd edib ki, ABŞ qoşunlarını avqustun 31-dək Əfqanıstandan çıxarmaq planlarını dəyişməyib.