ABŞ 3 iranlının başına 10 milyon dollar mükafat təyin etdi

ABŞ 3 iranlının başına 10 milyon dollar mükafat təyin etdi

ABŞ qurumlarına qarşı kiberəməliyyatlar aparmaqda ittiham olunan üç İran vətəndaşı haqqında etibarlı məlumatı olan hər kəsi mükafatlandıracağıq.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı “Ədalət üçün Mükafat” proqramı özünün rəsmi internet səhifəsində və sosial media hesablarında bildiriş yayıb.

“Xarici dövlətlərin nəzarəti və göstərişi ilə ABŞ-ın həyati infrastrukturlarına qarşı zərərli kiberfəaliyyətlər həyata keçirən Rza Kazımifər Rəhman, Hüseyn Məhəmməd Haruni və Komeyl Bəradəran Salmaninin yerinin müəyyən edilməsi barədə məlumat müqabilində 10 milyon dollara qədər mükafat veriləcək”, – məlumatda bildirilib.

Bu üç nəfər ABŞ-ın 12 şirkətinə təşkil edilmiş çoxillik hücumlarda iştirak etməkdə, həmçinin ABŞ Dövlət və Maliyyə departamentlərinin kompüter sistemlərini sındırmağa cəhddə ittiham olunurlar.

Teqlər: