ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir.
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası bunun reallaşdırılması üçün 2050-ci ilə qədər vaxt təyin etmək imkanını nəzərdən keçirir.
Məlumata əsasən, bu addım iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılır. ABŞ ümid edir ki, 2050-ci ildən sonra aviaşirkətlər yalnız bərpa olunan mənbələrdən hazırlanan yanacaqdan istifadə edəcəklər.
Qeyd edilir ki, bununla bağlı müzakirələr hələ ilkin mərhələdədir.
Digər təfərrüatlar barədə məlumat verilmir.