ABŞ Prezidenti Co Bayden yanvarda – vəzifəsini tərk etməzdən əvvəl Kiyevə 7 milyard dollardan artıq dəyərdə Amerika silahının çatdırılması ABŞ Müdafiə Nazirliyi üçün çətin məsələ olacaq.
AzerTimes xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx deyib.
“Prezident Co Bayden Konqresin təyin etdiyi bütün pulları səlahiyyət müddəti başa çatana qədər xərcləmək istədiyini açıqlayıb. Bunun həyata keçməsi üçün çox çalışmalı olacağıq”, – deyə o bildirib.