Ağ Ev “Pfizer” və “BioNTech” şirkətləri ilə digər ölkələrə yardım məqsədilə hazırlıdıqları 500 milyon doza koronavirusa qarşı peyvəndini almaq üçün müqavilə imzalayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə The New York Times qəzeti mənbələrə istinadən bildirib.
ABŞ prezidenti Co Baydenin bu müqavilə haqqında rəsmi olaraq elan etməsi gözlənilir.
Qəzetin verdiyi məlumata görə, bu razılaşma çərçivəsində il ərzində təxminən 100 ölkə bu dozaları alacaq. Bu il 200 milyon doza, gələn ilin ortalarına qədər isə 300 milyon doza çatdırılacaq.