ABŞ-ın Ukrayna Silahlı Qüvvələri üçün vəd etdiyi ondan çox “Abrams” tankı tezliklə Ukraynaya gələcək.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.
Danilovun sözlərinə görə, döyüş maşınlarını idarə edəcək ekipajlar artıq təlim keçir.
Qeyd edək ki, bundan əvvəl “Politiko” nəşri ABŞ-ın “Abrams” tanklarını sentyabrın ortalarında Ukraynaya gətiriləcəyi haqda məlumat yaymışdı.