ABŞ ordusuna məxsus 80-dən çox “M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, tanklar ABŞ-ın Almaniyadakı bazalarından köçürülüb. Bundan başqa, 150-yə yaxın “Bradley” zirehli avtomobili və 20 ədəd M109 özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.
ABŞ-a məxsus hərbi texnika 2023-cü ilin aprelindən hərbi bazaya daxil olmağa başlayıb.