ABŞ-ın verəcəyi “Abrams” tankları çətin ki, Ukraynaya Krımı nəzarətə götürməyə yardım etsin.
AzerTimes xəbər verir ki, bu barədə rusiyalı ekspert Valeri Qarbuzov deyib.
“Krıma gəldikcə, bununla bağlı şübhələrim var. “Abrams”ın Krımı qaytarmasına necə kömək edəcəyini bilmirəm. Birincisi, burada coğrafiyaya baxmaq gərəkdir. İkincisi də, düşünürəm ki, Ukraynanın əsas ərazilərini itirməsi səbəbindən Krım bir az onlar üçün ikinci plana keçib”, – ekspert bildirib.
Qeyd edək ki, ABŞ Ukraynaya 400 milyonluq paket daxilində “Abrams” tankları göndərəcəyini açıqlayıb.
Ukraynalı general Nikolay Malomuj isə tankların gəlməsindən iki ay sonra Zelenskinin Krıma hücum əmri verəcəyini iddia edib.