Abramoviçə 2,3 milyardlıq şok

Abramoviçə 2,3 milyardlıq şok

Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,3 milyard funt-sterlinqi Ukrayna fonduna köçürməyə yaxındır, lakin bunun üçün Avropa Birliyinin yekun razılığı olmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

“Tarixdə müharibə qurbanlarına edilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu böyük məbləğ bir neçə həftə ərzində hələ adı açıqlanmayan fonda köçürülə bilər”, – nəşr bildirib.

Qeyd edilib ki, artıq səkkiz aydır pul sanksiyalaşdırılmış hesabda saxlanılır, lakin hökumətin sənədləşmə işlərini yekunlaşdırdığı məlumdur.

Nəşrin mənbələrinə görə, yeni fond Xeyriyyə Komissiyasının təsdiqini almaq üzrədir:

“Lakin bildiyiniz kimi, onlar da Avropadan son yaşıl işıq almalıdırlar, çünki Abramoviç də orada sanksiyalar altındadır”.

Teqlər: