Abıyev işdən çıxmasından danışdı: Özüm müraciət etmişdim

Abıyev işdən çıxmasından danışdı: Özüm müraciət etmişdim

AzerTimes Daşkəsən İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibəsini təqdim edir:

– Əhəd müəllim, Prezidentin sərəncamını (işdən azad olunması ilə bağlı – red.) gözləyirdinizmi?

– Mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib.

Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin öhdəsindən layiqincə gəlmişəm ki, cənab Prezident 13 il mənə etimad göstərib. Prezidentin sərəncamına gəlincə, özüm müraciət etmişdim ki, məni azad etsin. Ona görə də bu sərəncam mənim üçün sürpriz olmadı.

– Son zamanlar Daşkəsənin kəndlərində ayrı-ayrı insanların etirazları mediada yayılırdı. Bu hadisələrin sizin icra başçısı postunu itirməyinizə səbəb olduğu deyilir.

– Qəti razı deyiləm. Daşkəsən rayonu bütün göstəricilərinə görə respublikada ilk yerdədir. Bizim rayonda hər hansı bir narazılıq olmayıb. Bir-iki nəfərin adıyla mediada yayılanlar da sonradan təsdiqini tapmadı.

– Vəzifədən azad olunmağınızdan bir neçə saat sonra əmlaklarınıza aid siyahılar yayıldı. Bu barədə nə deyə bilərsiniz?

– O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır.

– Bundan sonra nə işlə məşğul olmaq istəyirsiniz? Deputatlıq haqqında düşünürsünüz?

– Hər şeyi zaman göstərəcək. Mən indidən nəsə deyə bilmərəm.

Teqlər: