“Abivax” koronavirus dərman preparatının sınaqlarını dayandırıb

Fransız şirkəti “Abivax” təsirsizliyi səbəbindən koronavirusun dərmanı kimi hazırlanan preparatın klinik sınaqlarını dayandırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yayımlanan press-relizdə deyilir.


“Abivax” 2020-ci ilin mayında “ABX464” dərmanının klinik sınaqlarını aparmaq üçün Milli dərman və sağlamlıq məhsulları təhlükəsizliyi agentliyindən (ANSM) təsdiq alıb. Tədqiqatda mindən bir qədər çox könüllünün iştirak edəcəyi ehtimal olunurdu. Lakin 305 nəfərdən alınan test məlumatlarının təhlilinə əsasən sınaq işlərinin təhlükəsizlik və monitorinq komitəsi dərmanın kifayət qədər təsirli olmadığı qənaətinə gəlib və şirkət bu istiqamətdə işləri dayandırıb.

Teqlər: