Xəbər - Çingiz Səfərli – Trend:
Abidələrin konservasiyası üçün yeni mexanizm hazırlanır.
AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu mexanizm cəmiyyətdən könüllü maliyyə dəstəyinin toplanması və həmin vəsaitin konservasiya işlərinə sərf edilməsi ilə bağlıdır.
“Burada əsas məsələ etimad, şəffaflıqdır. Hər bir vətəndaş bilsin ki, 1 manat belə verdiyi töhfə o abidənin bərpasına, restavrasiyasına xərclənəcək. Bu mexanizm həm həmin şəxsin tarixi-mədəniyyət abidəsinə olan diqqətini göstərəcək, həm də həmrəyliyimizi gücləndirəcək. Eyni zamanda, abidələrimizin qorunmasını təmin edəcəyik. Çünki vətəndaş biləcək ki, həmin abidənin saxlanmasına, bərpasına dəstək verib və bu səbəbdən onun qorunmasında maraqlı olacaq”, – deyə nazir qeyd edib.