Abidələrin bərpası ilə bağlı təlim mərkəzi yaradılacaq

Xəbər - Çingiz Səfərli – Trend:

Bu il abidələrin bərpası ilə bağlı mərkəzin yaradılması nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mərkəzdə bərpa prosesinə cəlb olunan şəxslərə təlimlər keçiləcək.

“Məqsəd bərpa prosesində iştirak edən hüquqi şəxslərin gənc mütəxəssilərinin ən qabaqcıl yanaşmaları və cərəyanları bilməsini təmin etməkdir. Bu gün 3D lazerlər vasitəsilə abidənin tam formasını, laboratoriya şəraitində onun hansı əsrə aid olmasını müəyyən etmək mümkündür. Bu il inanıram ki, bərpa mərkəzini yarada biləcəyik. Hətta adını Elmi Praktiki Təlim-Tədris Mərkəzi olaraq görürük. Bir tərəfdən məsələnin nəzəri əsaslarını aşılayacaq, digər tərəfdən isə praktiki olaraq həlli ilə bağlı vərdişləri öyrədəcək. Bura qabaqcıl ölkələrin və ya hüquqi şəxslərin təcrübəsini aşılaya biləcək mütəxəssisləri də cəlb etməyi planlaşdırırıq. Eyni zamanda kadr potensialımızıə zənginləşdirmək istəyirik” – deyə o bildirib.

Teqlər: