Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.
AzerTimes Qaynarinfo.az-a istinadla xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.
Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.
Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.