“Abeskun” teploxodu Volqa-Xəzər dənizi kanalında saya oturub

Xəbər - Çingiz Səfərli – Trend:

Filanovski yatağı – Həştərxan limanı marşrutu ilə hərəkət edən “Abeskun” quru yük gəmisi Volqa-Xəzər dənizi kanalının 158 km-də saya oturub.

AzerTimes xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə baş idarəsinin məlumatına görə, heyəti 8 nəfərdən ibarət olan gəmidə xəsarət alan yoxdur.

Neft məhsullarının sızması aşkar edilməyib və kanalda hərəkət pozulmayıb.

Artıq “Tarpan” yedək gəmisi “Abeskun” teploxoduna kömək etmək üçün yola düşüb.