Abel Məhərrəmovun oğlu ilə bağlı qərar

Abel Məhərrəmovun oğlu ilə bağlı qərar

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.

AzerTimes Unikal-a istinadla xəbər verir ki, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib.

Sonuncu dəfə Azərbaycanın Estoniyada səfiri işləmiş Anar Məhərrəmov bundan öncə də Mehriban Eyyubova tərəfindən birgə nikah dövründə alınan əmlakın bölünməsi ilə bağlı məhkəməyə verilmişdi.

Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Eyyubova rəsmi olaraq 2021-ci ildə ayrılıb.

Xatırladaq ki, Mehriban Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Teqlər: