Sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölümündən sonra Ali Xrizantema ordeni ilə təltif olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Mərhum siyasətçi zəncirli Ali Xrizantema ordeni ilə təltif olunacaq. Yaponiyada bu orden yalnız şəxsin ölümündən sonra verilir.
Ş.Abe bu mükafatı alacaq dördüncü keçmiş Baş nazir olacaq.
Qeyd edək ki, sözügedən ordeni 19-cu əsrdə yaradılıb. O, ağ mina şüaları olan dördguşəli qızılı işarədən ibarətdir, mərkəzində qırmızı günəş, dörd tərəfində isə yaşıl yarpaqlı sarı xrizantema çiçəkləri var.