Abdullahianla Hakan Fidan danışdı

Abdullahianla Hakan Fidan danışdı

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Abdullahian İsrailin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı cinayətlərinin tamamilə dayandırılmasının vacibliyini vurğulayıb və bildirib ki, İran və Türkiyə digər İslam ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməlidirlər.

Türkiyə xarici işlər naziri Hakan Fidan da Ankaranın Qəzzada atəşkəsin qorunması üçün səylərini davam etdirmək əzmində olduğunu vurğulayıb.

Teqlər: