Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Tehranın Şah Əbdül Əzim qəbiristanlığında dəfn ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mərhum xarici işlər naziri ilə vida mərasimi mayın 23-də, Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda, yerli vaxtla saat 09:00-da keçiriləcək.
Bundan əlavə Təbrizin cümə imamı Al-Haşimin dəfn mərasimi Təbrizdə, Şərqi Azərbaycanın valisi Malik Rəhmətinin dəfn mərasimi Marağada olacaq.
Qeyd edək ki, Prezident Rəisi doğulduğu Məşhəddə dəfn ediləcək. Həlak olanların hamısının dəfn mərasimi sabah baş tutacaq.
Bu gün isə Tehranda Rəisi və digər ölənlərin vida mərasimi keçiriləcək.