İranın nüvə sazişi üzrə fəaliyyət planı köhnəlir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxış edib.
“Qırmızı xətlərimiz qəbul edilmədiyinə görə bu gün biz fəaliyyət planı ilə bağlı saziş imzalamaq yolunda deyilik. Bu, plandan imtina etmək deməkdir”, – nazir söyləyib.
Qeyd edək ki, daha öncə MAQATE rəhbəri Rafael Qrossi açıqlamasında nüvə proqramı ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.