Abdullahiana Xəzər üzrə müavin təyin edildi

Abdullahiana Xəzər üzrə müavin təyin edildi

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əlirza Cahangirini özünə Xəzər dənizi məsələləri üzrə müavin təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Buna qədər Cahangiri İranın Niderlanddakı səfiri, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında İranın nümayəndəsi və Xarici İşlər Nazirliyinin beynəlxalq hüquqi məsələlər idarəsinin baş direktoru vəzifələrində çalışıb.

Teqlər: