Suriya məsələsində Türkiyənin təhlükəsizliklə bağlı gündəmə gətirdiyi narahatlıqları çox yaxşı anlayırıq.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Türkiyə tərəfinin narahatlıqları qısa zamanda və daimi olaraq aradan qaldırılmalıdır. Eyni zamanda Suriyada xüsusi əməliyyatın gündəmə gətirilməsini də anlayırıq. Bununla bağlı dəyərli həmkarım Çavuşoğlu ilə müzakirələr apardıq”, – deyə nazir bildirib.
Qeyd edək ki, İran bu səfərə qədər Türkiyənin Suriyada əməliyyatına qarşı çıxırdı.