Abdullahian Tehran-Bakı-Ankara görüşündən danışdı

Abdullahian Tehran-Bakı-Ankara görüşündən danışdı

Tehran-Bakı-Ankara görüşü gündəmimizdə olan ən vacib məsələlərdən biridir.

AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə müzakirə mövzusu olub:

“Eyni zamanda Qafqazla bağlı vacib məsələyə toxunulub, 3+3 platformasından danışılıb, Tehran-Bakı-Ankara görüşündən bəhs edilib”.

Teqlər: